Microsoft şirkəti tərəfindən bütün dünya istifadəçilərinin diqqətini qeyri-lisenziyalı proqram təminatının törədə biləcəyi təhlükəyə cəlb etmək məqsədilə Consumer Action Day (Fəal Müştəri Günü) bəyan olunub.
Synaptics şirkətinin rəhbərliyi altında bir sıra şirkətlər əllə sıxılmaya reaksiya verən Fuse smartfonunun prototipinin işlənib hazırlanması barədə elan ediblər. İstifadəçi bu telefonu bir əllə silkələməklə, fırlatmaqla və sığallamaqla tam idarə edə bilər. Belə ki, silkələmək funksiyası əlavələr siyahısında naviqasiyanı təmin edir, əldə sıxma isə siyahının hərlənməsini dayandırır. Telefonun arxa panelini sığallamaqla lazımi əlavəni seçmək və bu əlavəni işə salmaq üçün telefonu əldə yenidən sıxmaq lazımdır.
TeliaSonera telekommunikasiya şirkəti LTE (Long-Term Evolution) texnologiyası üzrə ilk dördüncü nəsil şəbəkəsinin (4G) Stokholm və Oslo şəhərlərində kommersiya istifadəsinə verilməsi barədə elan edib.
Google şirkəti tərəfindən smartfon işlənib hazırlanması və 2010-cu ildə satışa çıxarılacağı barədə gəzən söhbətlər təsdiqlənib. Belə ki, yeni aparatın Android 2.1 açıq əməliyyat bazası ilə idarə olunacaq.